Ukraynanın mərkəzi BOMBALANDI: Çox sayda ölü və yaralı var
Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər ölüb, 100-ə yaxın sakin yaralanıb.
Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri üzrə cinayət işi başlayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Vinnitsa şəhəri Rusiyanın Qara dənizdə yerləşən sualtı qayıqdan atılan “Kalibr” qanadlı raketi ilə vurulub.