Ukrayna ordusunun itkiləri AÇIQLANDI

 21:36 14.07.2022     387

Rusiya müharibənin 141-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 249 təyyarəsi, 137 helikopteri, 1534 PUA-sı, 354 zenit-raket kompleksi, 4050 tank və digər zirehli texnikası, 744 reaktiv yaylım atəş sistemi, 3145 artilleriya və minaatanı, 4292 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.