Fransada yanğın 4 min hektar meşəni məhv etdi
Fransanın cənub-qərbindəki Jironde departamentində baş verən meşə yanğınları demək olar ki, 4000 hektar meşə sahəsini bürüyüb, yanğın genişlənməkdə davam edir.
Demedia.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, cümə axşamına qədər meşə yanğınları 3850 hektar meşəni məhv edib ki, bunun da 2100 hektarı Landirada, 1750 hektarı isə La Teste-de-Buçadadır.
“Yanğının söndürülməsinə 1000 yanğınsöndürən cəlb olunub, 6 min insan təxliyə edilib”, - məlumatda bildirilir.