Rusiya dövlət televiziyasından şok iddia: “Varşavaya hücum edəcəyik”



 18:10 15.07.2022     498

Rusiyanın dövlət televiziyası olan “Rossia 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva yenə təhdid açıqlamaları ilə gündəmə gəlib.

Demedia.az  
xəbər verir ki, ABŞ-ın Ukraynaya silah göndərməsi haqda danışan rusiyalı aparıcı müharibənin Polşaya keçə biləcəyini iddia edib.

“Tanrı qorusun, əgər amerikalılar Ukraynaya 300 kilometr mənzilli raketlər göndərərsə, dayanmayacağıq, Varşavaya qədər irəliləyəcəyik” – deyə Olqa yenə böyük iddialar irəli sürüb.