Rusiya Xəzərdən Ukraynaya ZƏRBƏ ENDİRDİ

 09:07 17.07.2022     334

Ötən gün günorta saatlarında Rusiya Xəzər dənizi regionundan Ukraynaya 6 raket zərbəsi endirib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, altı ədəd “X-101” (X-555) raketi Tu-95MS bombardmançı təyyarəsindən atılıb:

“Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatı dəqiqləşdirilir”.