Fin deputat çağırış etdi: Oyanın, Ukraynaya silah verin...



 13:15 17.07.2022     467

Qərb ölkələri eskalasiya səbəbindən Kiyevə Rusiya ərazisindəki hədəfləri vura biləcək silahlar vermir, amma Kreml raket zərbələri ilə Ukraynanın hərbi əhəmiyyəti olmayan mülki obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.

Demedia.az xəbər verir ki, bunu Finlandiya parlamentinin deputatı Yussi Qalla-aqo deyib.

“Bu, bir çox səbəbə görə çox axmaq düşüncə tərzidir. Qeyd edildiyi kimi, sərhədə kifayət qədər yaxınlaşsanız, əl qumbarası ilə belə Rusiyada hədəfləri vurmaq olar. Ukraynaya Rusiyaya hücum etmək üçün deyil, hərbi obyektləri vurmaq üçün silah lazımdır. Biz hansı eskalasiyadan qorxuruq? Rusiyanın Ukrayna şəhərlərini və ya döyüş zonasından kənarda olan infrastrukturu bombalamağa başlayacağını? Qərb tərəfdaşlarının tədarükünə zərbə vurmağa çalışacaqlar? Oyanın artıq”, - deputat bildirib.