Moskva Kiyevə ULTİMATUM GÖNDƏRDİ
Moskva Kiyevə ultimatum irəli sürüb və öz şərtləri ilə danışıqları gözləyir.
Demedia.az xəbər verir ki, belə bir fikri “Obozrevatel” saytına müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj səsləndirib.
“Cəbhədə baş verən hadisələrə və Kreml spikerlərinin bəyanatlarına əsaslanaraq, Moskva Kiyevə ultimatum irəli sürüb – ya prezident Zelenski Putinin dediyi şərtlərlə danışıqlara gedir, ya da yaxın bir yarım-iki həftə ərzində Rusiya genişmiqyaslı hərbi əməliyyatlara başlayır”, – deyə general Malomuz bildirib.
Onun sözlərinə görə, Putin status-kvonu elan etmək istəyir.
“Putin tamamilə ələ keçirilən Donetsk və Luqansk vilayətlərinin Krıma gedən quru dəhlizi ilə bağlı status-kvonu elan etmək niyyətindədir ki, onu saxlamağa davam edəcək və bu formatda sülh danışıqları üçün şərtlər qoyacaq.
Rəsmi Kiyevə təzyiq olaraq Moskva Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirir. Bu, Ukrayna hakimiyyətinin Putinin səsləndirdiyi şərtlərlə tez razılaşması üçün edilir”, – deyə general əlavə edib.