Tanınmış filosof Putinin Ukraynada “hələ heç nəyə başlamamışıq” sözlərinə MÜNASİBƏT BİLDİRDİ



 21:29 17.07.2022     1256

Tanınmış filosof Putinin Rusiya Federasiyasının Ukraynada “hələ heç nəyə başlamamışıq” sözlərinə münasibər bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Stenford Universitetinin professoru, tanınmış filosof Frensis Fukuyama DW-yə müsahibəsində danışıb.

Fukuyama bildirib ki, ruslar Ukraynanı məğlub etmək üçün əvvəlcə toplayıb göndərdikləri bütün heyətin üçdə birini itiriblər.

Rusiya Prezidenti Vladimir Putin RF Silahlı Qüvvələrinin “ümumiyyətlə hələ ciddi bir işə başlamadığını” deyərkən yalan danışıb. Yəqin ki, Rusiyada çox kəskin kadr çatışmazlığı yaşanır.

Fukuyama rus işğalçı ordusunun sıralarında insanların çatışmazlığını qeyd edən müstəqil ekspertlərə istinad edir.

“Onlar (ruslar – red.) yəqin ki, əvvəlcə toplayıb Ukraynanı məğlub etmək üçün göndərdikləri bütün heyətin üçdə birini itiriblər. Rusiyanın itkiləri ilə bağlı təxminlər yalnız təxminidir, amma ola bilsin ki, söhbət 20 minə yaxın ölü və 60 minə yaxın yaralıdan gedir, üstəlik məhbuslar və s.”, – deyə Fukuyama bildirib.

Onun fikrincə, Ukraynadakı müharibə Rusiya üçün praktiki olaraq fəlakət olub.

“Nəzərə alsaq ki, Rusiya ordusu Donbasda hərbi əməliyyatları cəmləşdirməyə başladıqdan sonra iki ay ərzində çox az irəliləyiş əldə edib və mən hesab edirəm ki, onların çoxlu ehtiyatları yoxdur. Beləliklə, mənim fikrimcə, hələ heç nəyə başlamadığını deyəndə Putin blef edir”, – deyə professor qeyd edib.