Norveçdə Kiyev üçün “Bayraqdar” kampaniyası başladı



 21:45 18.07.2022     397

Norveçdə Ukraynaya “Bayraqdar TB2” PUA-sı alınması üçün ianə kampaniyasına start verilib.

Demedia.az xəbər verir ki, kampaniyada 250 krondan çox vəsait bağışlayan ilk min nəfərə hədiyyə ediləcək təyyarənin adını müəyyənləşdirmək imkanı veriləcək.

Kampaniya çərçivəsində 55 milyon kron (təxminən 5,5 milyon dollar) toplanaraq Ukrayna səfirliyinin yardım fonduna göndərilməsi nəzərdə tutulur.