Avropa rus enerjisinə alternativ axtarır: Makron krallığa üz tutdu
Fransa rus enerjisinə alternativlər axtarışındadır.
Demedia.az “Bloomberg”ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə neft və dizel tədarükünü müzakirə edəcək. Bildirilir ki, Rusiyadan enerji idxalını azaltmaq istəyən Avropa ölkələri bir sıra istiqamətlər üzrə işlər həyata keçirir. Fransa mediası yazır ki, yerli şirkətlər Rusiyadan idxal edilən təbii qazın daha da azalacağı təqdirdə üzləşə biləcəyi problemlərə qarşı hazırlıq görür.