Fransa yanır: Minlərlə hektar ərazi külə çevrildi

 20:54 18.07.2022     218

Fransanın Jironda vilayətində meşə yanğınları bir həftədir davam edir.

Demedia.az xəbər verir ki, alovun sıradan çıxardığı meşəlik ərazi 14300 hektar olub. Məlumata görə, yanğınlar 3 istiqamətdə davam edir. Bölgədə temperaturun 44 dərəcəyə çatacağı barədə xəbərdarlıq edilib. Bölgədə “qırmızı” təhlükə elan edilib. Təhlükə səbəbilə minlərlə insan təxliyə edilib. Yanğının söndürülməsi üçün yüzlərlə yanğınsöndürən bölgəyə cəlb edilib.