Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədi
İranın ali rəhbəri Əli Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyini bildirib.
Demedia.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Ə.Xamenei Rusiya Prezidenti Vladimir Putini qəbul edərkən söyləyib.
Müharibənin heç də xoş bir hal olmadığını və bundan adi insanların əziyyət çəkdiyini vurğulayan İranın ali rəhbəri eyni zamanda Rusiyanın Ukraynanın suveren ərazilərinə hərbi müdaxiləyə başlamasını dəstəkləyib:
“Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı”.
Bundan başqa, Əli Xamenei “qərbpərəstlərin güclü və müstəqil Rusiyaya qarşı olduğunu” qeyd edib:
“Onları Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar”.