Məsciddə dua etdi: Duası həmin an qəbul olundu - VİDEO

 16:53 20.07.2022     1035

Faisal Latif adlı müsəlmanın sosial mediada paylaşdığı video böyük marağa səbəb olub.

Demedia.az xəbər verir ki, Latif Mədinədəki Məscid ən-Nəbəvidə etdiyi duanın həmin an qəbul olunduğunu deyib:

“Burada iki rükət namaz qıldım və səcdədə “Ya Rəbb axşama qədər burada qalmağıma icazə ver” deyə dua etdim. Qalxıb getmək istəyəndə, bir müddət əvvəl "mənə buranı tərk et" deyən nümayəndə digər məsul şəxsə dedi: “Ona de ki, qalsın. Şam namazını burada qılsın”. Mən elə indi Allahdan şam namazımı burada qılmağıma icazə verməsi üçün dua etmişdim”.