Fransa, Böyük Britaniya, İspaniya, Yunanıstan... - Avropada həyəcan: Fövqəladə vəziyyət elan edildi

 17:52 20.07.2022     272

Hava temperaturunun yüksək olduğu bir sıra Avropa ölkələrində meşə yanğınları davam edir.

Demedia.az xəbər verir ki, Fransa, Böyük Britaniya, İspaniya və Yunanıstanda yüz minlərlə meşə sahəsi kül olub. Afinanın şərq rayonlarında davam edən meşə yanğınları yaşayış məntəqələrini də əhatə edib. Londonda 10 fərqli ərazidə yanğın var. Şəhərin nümayəndələri daha əvvəl görülməmiş vəziyyətlə üzləşdiklərini ifadə ediblər. Londonda fövqəladə vəziyyət elan edilib. İngiltərədə tarixin ən yüksək temperaturu qeydə alınıb - 40 dərəcə. İtaliyada və İspaniyada alov on minlərlə hektar ərazini külə çevirib. Hava temperaturunun yüksək olması alovun qarşısını almağa əngəldir.