"Netflix" böhranla üz-üzə: 1 milyona yaxın abunəçi İTİRDİ



 16:28 20.07.2022     161

Seriallar və filmlərin video axın şəkildə təchizçisi "Netflix" bir milyona yaxın abunəçi itirib.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, abunəçiliyi ləğv edənlərin sayı xüsusən üçün aprel və iyul ayları arasında sürətlənib.

Bu xəbərin ardınca yüzlərlə iş yeri ixtisar edilib və səhm qiymətində kəskin eniş baş verib. Bir çox populyar film və serialların yayımçısı "Netflix"in bu qədər abunəçi tiriməsinin səbəbi nədir?

Pandemiya 2020-ci ildə baş verəndə məcburi qapanmalara məruz qalan insanlar əyləncə üçün "Squid Game" və "The Crown" kimi nəhəng hitlərə axın etdi. Lakin, pandemiyadan əvvəlki vərdişlər qayıtdıqca, "Netflix" yeni qeydiyyatdan keçənləri cəlb etmək və mövcud abunəçiləri saxlamaq üçün mübarizə apardı.

Şirkət həmçinin "Apple TV", "HBO Max", "Amazon Prime" və "Disney+" kimi şirkətlərin şiddətli rəqabəti ilə üzləşir.

"Netflix"in xidmətlərini bahalaşdırmaq üçün atdığı addım da bəzi müştəriləri çəkndirib.

Məsələn, ABŞ-da eyni evdə olan insanlara eyni vaxtda iki cihazda baxmağa imkan verən “standart” paketin qiyməti yanvarda 14 dollardan ibarət idi. 2019-cu ildə isə cəmi 11 dollara başa gəldiyi halda, indi 15,49 dollara başa gəlir.