Xameneidən Putinlə görüş zamanı ŞOK SÖZLƏR: Rusiya Ukraynaya hücum etməsəydi...
İranın ali dini lideri Əli Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyini bildirib.
Demedia.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Xamenei Rusiya Prezidenti Vladimir Putini qəbul edərkən deyib. O bildirib ki, Rusiya Ukraynaya həmlə etməsəydi qarşı tərəf Krımı bəhanə edərək, müharibəyə başlayacaqdı.
Əli Xamenei həmçinin qeyd edib ki, müharibə xoş deyil və bundan mülki vətəndaşlar zərər çəkir. Ali dini liderin sözlərinə görə, Qərb müstəqil Rusiya dövlətinin mövcud olmasının əleyhinədir.