Rus ordusu bu istiqamətdə HÜCUMA KEÇDİ



 13:19 21.07.2022     610

Hazırda Ukraynanın Donetsk vilayətində ruslar İvano-Daryevka istiqamətində hücum əməliyyatlarını davam etdirir.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

"Ruslar Kramatorsk, Seversk, Qriqorevka, Zvanovka və Spornovo rayonlarını artilleriya ilə atəşə tutub. Həmçinin, Slavyansk istiqamətində isə Dubravnoye, Krasnopolye, Çepil, Adamovka, Qruşuvax yaxınlığında atışma qeydə alınıb", - məlumatda qeyd olunub.