Rusiyanın nə qədər raket və mərmi ehtiyatı qalıb?
Ukraynada müharibə başlayandan Rusiya öz raketlərinin 60 faizindən istifadə edib.
Demedia.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibitsk iyulun 21-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyanın silah arsenalında keçmiş SSRİ-dən qalma çoxlu sayda raket olduğundan ümumi sayı bilmək çətindir:
“Ehtiyatda olan - Rusiyanın iddia etdiyinə görə yüksək dəqiqiliklə hədəfi vurmaq qabiliyyətli - “İsgəndər”, “Kalibr” sistemləri, “X-101”, “X-555” tipli qanadlı raketlərin 55-60 faizi istifadə olunub”.
Təmsilçi bildirib ki, Rusiya çoxdan yararlanmadığı “İsgəndər” sistemindən daha artıq istifadə edir. Beynəlxalq sanksiyalara görə, Rusiya yeni raketin istehsalı problemi ilə də üzləşib. Skibitski qeyd edib ki, Rusiya keçmiş SSRİ-dən qalma kifayət qədər raket, mərmi ehtiyatına malikdir.
O, “X-22” tipli qanadlı raketlərin, “Smerç”, “Uraqan”, “BM-21” “Qrad”ın, müxtəlif tipli aviasiya bombalarının keçmiş SSRİ-dən qaldığını vurğulayıb.