Türkiyə 4 trilyon dolların arxasınca düşdü: Regionda böyük hərəkətlilik



 09:34 22.07.2022     611

Türk şirkətləri yeni iş yerləri yaratmaq və yeni layihələr həyata keçirmək üçün Körfəz ölkələrinə, Afrikanın şimalına və Yaxın Şərqə səyahətə başlayır.

Demedia.az xəbər verir ki, Türkiyə Podratçılar Birliyinin hesabatına görə, Yaxın Şərq və Şimali Afrika ölkələrində həyata keçirilməsi planlaşdırılan yüzlərlə layihə var. Bu layihələrin ümumi dəyəri isə 3,9 trilyon dollardır. Türkiyə bu layihələrin həyata keçirilməsində əməkdaşlıq etmək üçün Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Əlcəzair kimi ölkələrlə danışıqlara başlayıb. Hesabatda qeyd edilir ki, dəyəri 100 milyard dollar civarında olan bəzi layihələrin tezlikə reallaşması üçün tenderlər elan edililəcək. Hesabata görə, Nigeriya, Cənubi Afrika Respublikası, Tanzaniya, Qana kimi ölkələrdə dəyəri 880 milyard civarında olan, enerji və neft sahələrini əhatə edən layihələrin reallaşdırılması nəzərdə tutulub.

Türkiyə şirkətləri bəzi ölkələrdə artıq bir neçə layihənin icrasına başlayıb.