"Avropada qiyamət yaşanır" - 1700 nəfər öldü: Rəsmilər xəbərdarlıq edir



 21:10 22.07.2022     580

“Avropada ciddi tələfata yol açan isti hava dalğası qiyamətlə əlaqəlidir”.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluge belə açıqlama verib. O bildirib ki, Avropadakı havaların isti keçməsi iqlim dəyişikliyinin nəticəsidir. “Hazırki böhran insanların mövcudluğunu təhdid edir” deyən Kluge havaların isti keçməsini “bənzəri görülməmiş” hadisə adlandırıb. “Hökumətlər boş ritorikaları bir yana qoyaraq, Paris anlaşmasındakı iqlim dəyişikliyi ilə mübarizə proqramını tətbiq etmək üçün siyasi iradə ortaya qoymalıdırlar” - Kluge deyib. Qeyd edək ki, Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya və Yunanıstanda rekord istilər qeydə alınıb.

Son iki həftə ərzində İspaniya və Portuqaliyada isti hava nəticəsində 1700 nəfər ölüb.