Ukraynaya ŞOK ZƏRBƏ: ABŞ PUA-ları Kiyevə göndərməkdən imtina etdi



 09:07 23.07.2022     599

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası tələb olunan MQ-1C Grey Eagle dronlarını Ukraynaya göndərməkdən imtina edib.

Demedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti dronların Rusiya Federasiyasının əlinə keçə biləcəyindən ehtiyat edir.

Qeyd olunub ki, Bayden administrasiyası döyüş meydanında qabaqcıl texnologiyanın potensial itirilməsindən tutmuş ukraynalılara pilotsuz təyyarələrdən istifadə etmək üçün təlim keçmək zərurətinə qədər bir sıra narahatlıqları əsas gətirərək tələbi təsdiqləməkdən çəkinir.

Xatırladaq ki, Ukrayna bu dronları iki aydan çox əvvəl istəyib.