Rus ordusuna NÖVBƏTİ ZƏRBƏ - Hücum dəf edildi

 10:43 23.07.2022     481

Ukrayna hərbçiləri cəbhə xəttinin bütün istiqamətlərində aktiv hərbi əməliyyatları davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin (SQ) aviasiya və raket-hücum bölmələri Rusiya SQ-nin istehkamlarına, anbarlarına və bir yerdə olan şəxsi heyətinə güclü zərbələr endirir.

Demedia.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Slobojanski istiqamətində Rusiya SQ-nin əsas səyləri Xarkov vilayətinin şimal və şimal-şərqində Ukrayna qoşunlarının sərhədə doğru irəliləməsinin qarşısını almağa yönəldilib.

Xarkov istiqamətində Rusiya SQ aktiv əməliyyatlar keçirməyib. Bununla belə, onlar Xarkov, Zoloçev, Pitomnik, Borşova, Lesnoye, Russkiy və Çerkasskiy Tişki və Mospanovo yaşayış məntəqələri ərazilərində tanklardan, toplardan və raket artilleriyasından atəş açıblar.

Kramatorsk istiqamətində Rusiya SQ Verxnekamenskoye, Starodubovka, Piskunovka, Seversk, Beloqorovka və Qriqorovka yaxınlığında tanklardan, toplardan və raket artilleriyasından atəş açıb.

Verxnekamenski və Seversk istiqamətində hücum hərəkətləri ukraynalı müdafiəçilər tərəfindən uğurla dəf edilib.

Baxmut istiqamətində Rusiya SQ Yakovlevka, Soledar, Baxmut, Pokrovski, Baxmutski və Novoluqanski rayonlarını artilleriya atəşinə tutub, Novoluqanski rayonuna hava zərbələri də endirilib.