“Ford”la TIR toqquşdu: Ölənlər var

 13:53 23.07.2022     303

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Ford" markalı avtomobillə yük maşını (TIR) toqquşub.

Demedia.az-ın məlumatına görə, hadisə magistral yolun 108-ci km-də baş verib.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.

Faktla bağlı araşdırma aparılır.