ABŞ-da iki uşaqda meymunçiçəyi AŞKAR EDİLDİ



 15:37 23.07.2022     502

ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzləri (CDC) uşaqlar arasında iki nəfərin meymunçiçəyinə yoluxduğunu bildirib.

Demedia.az xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

Xəstə uşaqlar müalicə olunur. Onların birlikdə yaşadıqları qohumlarından yoluxduğu güman edilir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus bu həftə dünyada meymunçiçəyinə yoluxma hallarının sayının 14 minə çatdığını, yoluxma hallarının dünyanın 70-dən çox ölkəsində qeydə alındığını bildirib.