Torpaqlar qaytarılmadan sülh olarsa... - Zelenski
Ukraynanın əraziləri qaytarılmadan Rusiya ilə sülh məsələsi münaqişənin uzanması deməkdir.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Voll Strit Jurnal”a müsahibəsində bildirib.
Prezident qeyd edib ki, Kiyevlə Moskva arasında ərazilər qaytarılmadan sülh əldə olunması cəhdi münaqişənin daha uzun illər davam etməsinə gətirib çıxara bilər:
“Rusiya ilə münaqişənin dondurulması onlara nəfəs verəcək fasilə deməkdir. Ruslar bundan geosiyasətlərini dəyişmək və ya keçmiş sovet respublikalarına qarşı iddialarından əl çəkmək üçün istifadə etməyəcəklər”.//Axar.az