Məhkəmə Abenin qatili barədə qərar verdi



 18:53 23.07.2022     413

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili 41 yaşlı Tetsuya Yamaqami Nara Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Demedia.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məhkəmənin noyabrın sonuna qədər davam edəcəyi gözlənilir. Ona psixiatrik müayinə təyin olunub.

T.Yamaqaminin özünün hazırladığı tapançaların yoxlanılacağı və ekspertizadan keçiriləcəyi bildirilir.

Belə ki, T.Yamaqami odlu silah və onların istehsalı haqqında qanunları pozmaqda da ittiham oluna bilər.

Qeyd edək ki, T.Yamaqaminin evində ümumilikdə 7 ədəd kustar üsulla hazırlanmış tapança aşkar edilib.

Xatırladaq ki, S.Abeyə qarşı sui-qəsd iyulun 8-də, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən baş verib. 41 yaşlı yapon Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş baş nazirə iki dəfə atəş açıb. Helikopterlə təcili xəstəxanaya çatdırılan 67 yaşlı mərhum siyasətçinin həyatını xilas etməyə çalışan həkimlərin bir neçə saatlıq əməyi nəticəsiz qalıb və onu xilas etmək mümkün olmayıb.