Ukrayna əlavə olaraq 30 ədədə qədər HIMARS ala bilər
Ukrayna ABŞ və digər Qərb ölkələrindən daha bir neçə HIMARS raket kompleksi ala bilər.
Demedia.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit bildirib.
Onun sözlərinə görə, Vaşinqton bacardığı qədər HIMARS verməyə hazırdır.
"Düşünürəm ki, indi məqsəd 25-30 reaktiv yaylım atəşi sistemlərinin sayına çatmaqdır. Bu, HIMARS və Böyük Britaniya və digər ölkələrdən bir neçə MLRS sistemlərinin birləşməsindən ibarət olacaq", - Smit deyib.
O, qurğunun sayının 50 və ya 60-a çatmasının çətin olacağını, lakin 25 və ya 30-un real rəqəm olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyətinin Ukraynaya səfər etdiyini açıqlayıb.