Konqresmenlər ABŞ-ı Ukraynaya hərbi müşavirlər göndərməyə çağırdı
Kiyevə səfər edən amerikalı konqresmenlər bildiriblər ki, Vaşinqton Pentaqona silah daşınmasını koordinasiya etmək üçün Ukraynaya hərbi müşavirlər göndərməyə icazə verməlidir.
Bu barədə Demedia.az “Fox News”a istinadən məlumat verib.
ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Uolts bildirib ki, silaha nəzarətə nail olmağın yeganə yolu Ukraynaya onların ordusuna planlaşdırma və maddi-texniki təchizatda kömək etmək üçün bir sıra məsləhətçilər göndərməkdir.
Nümayəndələr Palatasının üzvü Miki Şerrill də öz növbəsində hesab edir ki, silah tədarükünü əlaqələndirmək və izləmək üçün Ukraynada logistika üzrə şəxslər olmalıdır.