Sərdar Kılıç Türkiyə-Ermənistan sərhədində olub



 14:28 25.07.2022     1200

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın 2 dövlətin sərhədinə, Qarsa səfərinin məqsədi məlum olub.

Demedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, diplomat Ermənistanla sərhəddə yerləşən Akyaka rayonundakı Doğukapı keçid məntəqəsinə baş çəkib.

O, sonra qədim Ani şəhərinin xarabalıqlarına baxıb. Kılıç Qarsda Hərbi Muzey və Pendir Muzeyini də ziyarət edib.

Türkiyənin xüsusi nümayəndəsi mətbuata qapalı bir sıra görüşlər keçirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin şərqindəki Qars şəhərinin Akyaka rayonunda Doğukapı və Alikan keçid məntəqəsinin açılmasına hazırlıq görülməsi barədə məlumat yayılmışdı.

KİV-in məlumatına görə, İsrail şirkəti Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsi ilə məşğuldur. Akyaka bölgəsində minalardan təmizləmə işlərinin bir aya yaxındır davam etdiyi bildirilir.

Xatırladaq ki, münasibətlərin normallaşması üzrə Ermənistan tərəfinin xüsusi nümayəndəsi Ruben Rubinyan qeyd edib ki, üçüncü ölkə vətəndaşları üçün sərhəd keçidlərinin açılması imkanları müzakirə olunur, lakin onların tam olaraq harada açılacağı ilə bağlı konkret razılıq hələ əldə olunmayıb.