İnsanlar “qiyamət baş verir” qorxusu ilə küçələrə axışdı: Səmada ŞOK GÖRÜNTÜ - VİDEO

 12:21 25.07.2022     385

Avstraliyada səmanın çəhrayı rəngə boyanması insanları qorxuya salıb.

Demedia.az xəbər verir ki, “qiyamət baş verir” qorxusu ilə küçələrə çıxan sakinlərdən bəziləri havanın çəhrayı rəngə boyanmasını bomba partlayışı ilə əlaqələndirib. Lakin Mildura vilayətində müşahidə edilən hadisənin olduqca maraqlı səbəbi var. Sən demə, səmanın çəhrayı rəngə bürünməsi dərman şirkətinə məxsus çətənə laboratoriyasındakı işıqlardan qaynaqlanıb. Məlumata görə, çətənə bitkilərinin böyüməsi üçün qırmızı spektr işığına ehtiyac var. Əslində qaranlıq düşəndə işıqların ətrafa yayılmaması üçün laboratoriyanın pərdələri bağlanır. Lakin həmin gecə pərdələr gec bağlandığına görə, qırmızı işıq çəhrayı formada səmaya yayılıb.