Məhəmməd Əlinin çempionluq kəməri 6 milyon dollara SATILDI - FOTOLAR

 17:16 25.07.2022     215

 

Əfsanəvi boksçu Məhəmməd Əlinin çempionluq kəməri hərracda 6,18 milyon ABŞ dollarına satılıb.

Demedia.az  "Heritage Auctions" saytına istinadən xəbər verir ki, kəmər "İndianapolis Colts" klubunun sahibi Cim İrseyə satılıb.

Qeyd edək ki, Məhəmməd Əli 1974-cü il oktyabrın 30-da ağır çəkili boks üzrə dünya çempionu titulunu geri qaytarmaq üçün Corc Formanı məğlub edərək kəməri qazanıb.