Çin rəsmən xəbərdarlıq etdi: Qırıcılar ABŞ təyyarəsinə müdaxilə edəcək



 21:45 25.07.2022     1327

“ABŞ-ın Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Tayvana səfər edərsə, Çin buna hərbi cavab da daxil olmaqla sərt qarşılıq verəcək”.

Demedia.az xəbər verir ki, “Financial Times” qəzeti Çin hökumətindəki mənbəyə istinadən belə məlumat yayıb. Məlumata görə, Çin məsələ barədə ABŞ-a xəbərdarlıq edib. Danışıqlar zamanı Çin tərəfi mümkün hərbi cavabını da diqqətə çatdırıb. Lakin hərbi cavabın nədən ibarət olacağı barədə məlumat verilməyib. ABŞ rəsmiləri hesab edir ki, Çin qırıcıları Pelosinin olduğu təyyarəyə müdaxilə edərək, onun adaya enməsinə mane ola bilər. Danışıqlardan məlumatlı olan mənbə bildirib ki, Çinin xəbərdarlıqları sərt tonda olub.