Dənizin kənarında İNANILMAZ LAYİHƏ: Milyonlarla insanı əhatə edəcək / FOTOLAR
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın irəli sürdüyü böyük tikinti layihəsinin detalları məlum olub.
Demedia.az xəbər verir ki, inşa ediləcək binanın eni 120 kilometr, hündürlüyü isə 500 metr olacaq. Məlumata görə, mühəndislər binanın uzunluğunu və genişliyini yerin kürə formasında olduğunu nəzərə alaraq inşa edəcək.
Bildirilir “Mirror Line” layihəsi böyük ərazini əhatə etdiyinə görə, mühəndislər yerin kürə formasında olduğunu nəzərə almağa məcburdur. Dəniz kənarında paralel formada tikiləcək 2 bina 1 trilyon dollara başa gələcək. Tikili səhra boyunca inşa ediləcək. Tikilinin altında sürət qatarı olacaq. Sakinlər binanın bir tərəfindən digər tərəfinə 20 dəqiqədə gedə biləcək.
Bina milyonlarla insanın yaşaması üçün inşa edilir.