Kreml Finlandiyanı buna görə HƏDƏLƏDİ
Finlandiya ruslara turist vizalarının verilməsinə qadağa tətbiq etmək imkanını nəzərdən keçirir.
Demedia.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu təşəbbüsə təhdidlərlə cavab verib.
Onun sözlərinə görə, Finlandiya ruslara turist vizalarının verilməsindən imtina etmək və ya məhdudlaşdırmaq qərarına gəlsə, bu, “Moskvanın əks tədbirlərinə səbəb olacaq”.
“Əlbəttə, Rusiya buna son dərəcə mənfi reaksiya verəcək. Anladığımız qədər bu qərar hələ ki, praktiki tətbiq tapmayıb, ümid edək ki, olmayacaq. Amma təbii ki, Rusiya vətəndaşlarına qarşı hər hansı bu cür hərəkətlər əks tədbirlərə və cavab reaksiyasına səbəb olacaq”, – Peskov jurnalistlərə bildirib.
Bildiyiniz kimi, bir gün əvvəl Finlandiyanın bir sıra parlament partiyalarının üzvləri Rusiya vətəndaşlarına Finlandiyada viza verilməsinə qadağa qoyulmasının zəruriliyini bəyan etmişdilər. Onlar hökuməti müvafiq qərarı təsdiqləməyə çağırıblar.
Finlandiya siyasətçiləri hesab edirlər ki, Avropa İttifaqı da ruslar üçün vizalarla bağlı vahid mövqe hazırlamalıdır.