Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib - VİDEO



 20:33 26.07.2022     1639

Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.

O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu istifadəyə verilib və bu ilin avqustunda 4-cü quyunun da istifadəyə verilməsi üçün vəsait göndərilib.  

Minurə Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək.