İranın neft gəlirləri 6 dəfə artdı



 17:32 26.07.2022     217

İranın 2022-ci ildə son dörd ay ərzində xaricə neft satışından əldə etdiyi gəlirlər artıb.

Demedia.az xəbər verir ki, bunu barədə İran iqtisadi məsələlər üzrə rəsmi nümayəndəsi Ehsən Xanduzi deyib.

“Bu ilin ilk dörd ayı ərzində neft ixracı və vergi gəlirləri 580% artıb”, - deyə Xanduzi bildirib.

O, ölkə büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 200% artdığını vurğulayıb.