Ukrayna Baş Qərargahı: “Rusiyanın itkiləri 40 000-i ötüb”
“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 070 hərbçisi məhv edilib”.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 738 tank, 3 971 zirehli döyüş maşını, 883 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 726 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 847 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.