Rusiyada daha 497 nəfər koronavirusdan öldü
Rusiyada koronavirusa yoluxanların sayı 3,95 milyonu keçib.
Nexeber.az trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 16 627 nəfər virusa yoluxub, 497 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 951 233 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 76 229 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 436 326 şəxs virusdan sağalıb, 438 678 nəfərin müalicəsi isə davam edir.