Etirazçılar İraq parlamentini zəbt etdi



 09:12 28.07.2022     1142

Yüzlərlə etirazçı Bağdadın mərkəzindəki yaşıl zonaya soxularaq parlament binasına daxil olub.

Demedia.az xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.

Məlumata əsasən, şiə din xadimi Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı Bağdadın yaşıl zonasını şəhərdən ayıran beton divarları yararaq parlament binasına soxulub.

Etirazçılar bundan əvvəl də İraqın baş naziri vəzifəsinə Məhəmməd Şiə əs-Sudaninin namizədliyinə etiraz etmək üçün Bağdadın Təhrir meydanına toplaşıb.

Qeyd edək ki, Məhəmməd Şiə əs-Sudaninin namizədliyini şiə “Koordinasiya strukturu” irəli sürüb.