Ofisdəki diski zibilliyə atdı: İllər sonra içində nə olduğunu biləndə ŞOK KEÇİRDİ



 17:25 28.07.2022     360

ABŞ-da Ceyms Hovells adlı şəxs içində 170 milyon dollar dəyərində bitkoinin olduğu diski səhvən tullantı kimi atıb.

Demedia.az xəbər verir ki, amerikalı bitkoinləri geri qaytarmaq üçün milyonlarla dollar dəyəri olan plan hazırlayıb.

Bildirilir ki, Ceyms ofisində təmizlik işləri apararkən diski səhvən atıb. O illərdir diski geri qaytarmaq üçün mübarizə aparır. Amerikalı tullantılar arasında axtarış aparmaq üçün icazə alıb. O, diskin ələ keçməməsi üçün 11 milyon dollarlıq plan hazırlayıb. Plana görə, məişət tullantıları arasında həm fiziki həm də suni intellektin köməyi ilə axtarışlar aparılacaq. İki robot it isə oğrulara qarşı ərazidə növbə tutacaq. Disk tapılsa belə məlumatları geri qaytarmaq üçün çətinlik ola bilər. Ceyms bu məqsədlə mütəxəssislərdən ibarət heyət qurub.