Kim Çen In nüvə silahı ilə meydan oxudu: ABŞ-la istənilən müharibəyə hazırıq
Şimali Koreya lideri Kim Çen In ölkəsinin ABŞ-la hər hansı müharibəyə tamamilə hazır olduğunu bəyan edib.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Şimali Koreya nüvə qüvvələrini də hərəkətə keçirməyə hazırdır.
Qeyd edək ki, Kim Çen Inın bu bəyanatı narahatlıqla qarşılanıb. İddialara görə, Şimali Koreya 7-ci dəfə nüvə testinə hazırlaşır. ABŞ Şimali Koreyanın nüvə testinə hazırlaşdığını və Vaşinqtonun buna cavab vetəcəyini ifadə etmişdi.