Rusiyadan "Bayraktar” PUA-ları ilə bağlı açıqlama
“İki ölkə arasındakı hərbi əməkdaşlıq həmişə gündəmdədir”.
Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Bayraktar” PUA-larının birgə istehsalı ilə bağlı təklifinə dair iddialara belə münasibət bildirib. O bildirib ki, Rusiya və Türkiyənin həssas məsələlərdə müzakirələr aparması iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu göstərir.
Qeyd edək ki, xarici KİV-lər İrandakı görüş zamanı Rusiya Prezidenti Vladimir Putinini türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Bayraktar” PUA-larının birgə istehsalı ilə bağlı təklif irəli sürdüyünü yazıb.