"Taliban"la bağlı İNANILMAZ HESABAT: Rüşvətə və korrupsiyaya son qoydu



 20:58 28.07.2022     381

Böyük Britaniyanın “XCEPT Research” şirkəti mütəxəssislərə istinadən “Taliban”ın Əfqanıstan hakimiyyətindəki fəaliyyəti ilə bağlı hesabat yayımlayıb.

Demedia.az xəbər verir ki, hesabatda qeyd edilir ki, “Taliban” hakimiyyəti dövründə Əfqanıstanda rüşvət və korrupsiya böyük dərəcədə azalıb. ABŞ dəstəkli keçmiş hökumətin qurduğu yoxlanış məntəqələri ləğv edilib. Bildirilir ki, bu postlarda ticarət həyata keçirənlərdən rüşvət alınırdı. İndi isə buna son qoyulub. Ticarətçilərdən vergi təkcə sərhəd məntəqələrində alınır. “Taliban” qanunsuz yollarla ticarətin qarşısını tamamilə alıb.

Hesabata görə, ticarət yalnız rəsmi formada həyata keçirilir. Həmçinin “Taliban” ticarət vergilərini azaldıb. Gömrükdəki şəffaf sisteminin yaradılması ticarətə müsbət təsir edib.