Türkiyəni müharibə ilə təhdid etdi: Ankara PUA zərbəsi ilə cavab verdi

 23:48 28.07.2022     378

“Türkiyə ordusu Suriyada hər hansısa hərbi əməliyyat təşkil edərsə Dəməşq buna cavab verməyə hazırdır”.

Demedia.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya ordusuna bağlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Suriya ordusu müxalif qüvvələrin və Türkiyə ordusunun həmləsinə qarşı hazır vəziyyətə gətirilib.

Xarici KİV-lər yazır ki, Türkiyənin pilotsuz uçuş aparatları Suriyada fəal uçuşlar həyata keçirir. Türk PUA-sının Təl-Rıfat ətrafında Suriya ordusuna bağlı qruplaşmalara zərbə endirdiyinə dair məlumatlar var.