Dəhşətli hücum: Əsir düşərgəsi bombalandı - 40 ölü, 100 yaralı
Ukrayna ordusu Donetsk vilayətində ukraynalı hərbçilərin saxlanıldığı həbsxananı vurub.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı 40 ukraynalı hərbçi həlak olub. 100-ə qədər yaralı var. Onların arasında Azov zavodunda təslim olan ukraynalı hərbçilər də var.
“Komsomolskaya pravda” qəzetinin iddiasına görə, Ukrayna əsirlərin saxlanıldığı düşərgəni HİMARS raketi ilə bilərəkdən hədəfə alıb.