İspaniyanın Baş naziri məmurları lazımsız yerə qalstuk taxmamağa çağırıb



 15:52 30.07.2022     468

İspaniyanın baş naziri Pedro Sançes nazirləri və sahibkarları lazımsız yerə qalstuk taxmamağa çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə “Europa Press” məlumat yayıb.

Sançesin qalstuksuz keçirdiyi mətbuat konfransında bu yolla elektrik enerjisi istehlak edən kondisionerlərdən istifadənin azaldılmasına nail olacaqlarını vurğulayıb.

O, bununla hər kəsin enerjiyə qənaət edə biləcəyini qeyd edib.