KİV: ABŞ Kiyevi münaqişəni danışıqlar yolu ilə həll etməyə inandırmalıdır
Ekspertlər Stiven Saymon və Conatan Stivenson iddia edirlər ki, ABŞ Rusiya ilə danışıqlarda kompromis axtarışı yolu ilə Kiyevi Ukraynadakı münaqişəyə son qoymağa inandırmalıdır.
Demedia.az-ın məlumatına görə, bu barədə “The National Interest” məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ və Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya başa salmalıdır ki, Qərb Kiyevin münaqişəni diplomatiya yolu ilə həll etmək üçün ilk fürsətdən istifadə etməsini gözləyir. Əks halda, silah təchizatı və maliyyə dayanacaq.
Məqalə müəllifləri iddia edirlər ki, saziş Rusiyanın da maraqlarını nəzərə almalıdır, çünki münaqişənin daha da genişlənməsi diplomatların gələcək işini hər gün çətinləşdirir.