NASA rəhbəri Çinə çağırış edib



 11:45 31.07.2022     321

Çin səlahiyyətliləri mümkün itkilərin və maddi ziyanın qarşısını almaq üçün raket daşıyıcılarının uçuş marşrutu haqqında məlumatları digər kosmik güclərlə bölüşməlidir.

Demedia.az-ın məlumatına görə, bu fikri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib.

Onun sözlərinə görə, Çin Xalq Respublikası “Long March 5B” raketinin Yerə düşmə trayektoriyası barədə konkret məlumat verməyib:

“Bütün kosmosla məşğul olan ölkələr toplanmış qabaqcıl təcrübələrə uyğun olaraq, bu cür məlumatların mübadiləsinə əvvəlcədən töhfə verməlidirlər. Ona görə də məlumatlar verilməlidir ki, “Long March 5B” kimi ağır daşıyıcı aparatlar həyat və əmlak itkisi riski daşıyır. Bu, kosmosdan məsuliyyətli istifadə və yer üzündə insanların təhlükəsizliyi üçün vacibdir”.