Lotereya ilə milyarder oldu

 12:18 31.07.2022     235

ABŞ-ın İllinoys ştatında alınan biletin sahibi 1,3 milyard dollarlıq “Mega Millions” lotereya cekpotunu qazanıb.

Bu barədə Demedia.az “TASS”a istinadən xəbər verir.

Belə ki, adı hələ məlum olmayan şəxsin aldığı bilet cek-pot lotoreyasının 6 uduş rəqəmi ilə üst-üstə düşüb.

Lotereya təşkilatçılarının qeyd etdiyi kimi, uduşların ümumi məbləği faktiki bilet satışı əsasında hesablanan səviyyəni keçib. Daha əvvəl cekpotun ölçüsünün 1,28 milyard dollar olacağı bildirilirdi.