Nensi Pelosinin təyyarəsinin yeri GİZLƏDİLDİ - FOTO



 15:42 31.07.2022     1080

Flightradar Nensi Pelosinin təyyarəsinin yerini gizlədib.

Demedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, real vaxt rejimində təyyarə izləmə xidməti olan “Flightradar” ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini daşıyan təyyarənin yerini gizlədib.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 09-0540 qeydiyyat nömrəsi ilə Asiya regionuna uçan Boeing C-40C təyyarəsi Honolulu hava limanında aralıq eniş etdikdən sonra onlayn xidmət xəritəsindən itib.

Uçuş zamanı 50-dən 90 minə qədər insan təyyarənin hərəkətini izləyib.

Çin Xalq Azadlıq Ordusunun (PLA) Tayvandan 120 km aralıda, boğazın o tayında yerləşən Fujian əyalətinin şərqində hərbi təlimlərə başladığı barədə mediada xəbər yayılan zaman təyyarə radarlardan itib. Çin mətbuatının məlumatına görə, ÇXR səlahiyyətliləri Fujian əyalətinə 220 km-ə qədər mənzilli PHL-16 reaktiv buraxılış raket sistemi yerləşdirib.